Türkiyədə beşulduzlu otel yandı: yaralılar var - Video

29-07-2017, 16:06           

Türkiyənin Antalya bölgəsinin Kəmər rayonunda beşulduzlu oteldə yanğın olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 14 nəfər xəsarət alıb. Onlardan 4-ü Rusiya vətəndaşıdır.

Məlumatlara görə, xilasedicilər oteldə olan 400 nəfəri evakuasiya ediblər.

Hadisənin otelin mətbəxində baş verdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]