Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu

5-08-2025, 16:49           
 Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu
Naxçıvan Yol Təchizat “Improtex Trucks and Buses” şirkəti ilə yeni alqı-satqı müqaviləsi bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə özüboşaldan yük avtomobillərinin satınalınması nəzərdə tutulur.

Naxçıvan Yol Təchizat 22 özüboşaldan, 1 ədəd isə dartıcı yük avtomobili sifariş edib.

Müqaviləyə əsasən, alqı-satqı 7 milyon manata başa gələcək.

Məlumat üçün bildirək ki, “Improtex Trucks and Buses” şirkətinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 360 150.67 manat vergi borcu mövcuddur. Qanunvericiliyə görə isə vergi borcu olan şirkətin satınalmalarda iştirakı yolverilməzdir.

Onu da qeyd edək ki, bu şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. İradə Ələkbərova 2020-ci ildə 62 yaşında koronavirusdan dünyasını dəyişib. 2005-ci ildə qeydiyyata alınan şirkətin hazırda qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]