Ermənistandan qəti mövqe:Qarabağ Azərbaycana qaytarılmayacaq

27-10-2017, 21:20           
Ermənistandan qəti mövqe:Qarabağ Azərbaycana qaytarılmayacaq
Ermənistan Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesini davam etdirmək niyyətində deyil. Hər halda işğalçı ölkənin Xarici İşlər Nazirliyinin müavini Savaş Koçaryanın açıqlaması belə deməyə əsas verir.

Newscenter.az news.am-a istinadən verdiyi xəbərə görə, Savaş Koçaryan Dağlıq Qarabağın heç bir halda Azərbaycana qaytarılmayacağını bəyan edib. Yerli mətbuata verdiyi açıqlamada Ermənistan xarici işlər nazirinin müavini deyib ki, bunu hər kəs, eləcə də Bakı qəbul etməlidir:

"Qarabağın heç bir halda Azərbaycanın tərkibində olmayacağı barədə qəti fikrimiz var. Və bu fikir də Azərbaycan tərəfində əsəb yaradıb. Bunu hər kəsin qəbul etməsi lazımdır".
Jurnalistin bu haıda danışıqların dayanıb Qarabağda yeni bir müharibə başlayacağı barədə sualına cavabında Koşəryan iddia edib ki, danışıqlar prosesindən yayınan Azərbaycandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]