ABŞ və Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar hazırlayır

2-12-2021, 08:39           
ABŞ və Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar hazırlayır
Rəsmi Vaşinqton və Avropa İttifaqı ölkələri miqrasiya böhranı ilə əlaqədar Minskə qarşı yeni məhdudiyyətlər hazırlayır.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Riqada, NATO xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, miqrant böhranı fonunda Şimali Atlantika Alyansı Belarusla əməkdaşlığı dayandırıb:

“ABŞ və Avropa İttifaqı digər tərəfdaş və müttəfiq ölkələrlə sıx koordinasiyada əlavə sanksiyalar hazırlayır. Biz rejimi miqrantlardan siyasi silah kimi istifadə etməyi dərhal dayandırmağa çağırırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]