Lavrov Lukaşenkonun nüvə silahı açıqlamasına münasibət bildirdi

2-12-2021, 08:39           
Lavrov Lukaşenkonun nüvə silahı açıqlamasına münasibət bildirdi
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkə ərazisində Rusiyanın nüvə silahının yerləşdirilməsi ehtimalı barədə çıxışına münasibət bildirib.

Rusiya XİN rəhbərinin fikrincə, Lukaşenkonun bu sözləri Qərbə xəbərdarlıq kimi qəbul edilməlidir.

“Mən bu açıqlamanı Qərbin yürütdüyü həmin səriştəsiz siyasətə ciddi xəbərdarlıq kimi qəbul edərdim”, - deyə S.Lavrov bildirib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]