Pezeşkian onu birinci vitse-prezident təyin etdi

29-07-2024, 07:34           
Pezeşkian onu birinci vitse-prezident təyin etdi
İran Prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.

TEREF TASS-a istinadən xəbər verir ki, sözügedən fərman İranın ali dini lideri Ayətullah Əli Xamenei tərəfindən Pezeşkianın rəsmi olaraq prezident vəzifəsinə təsdiqlənməsindən sonra ilk təyinatdır.

Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Hazırda onun 72 yaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]