Nyu-Yorkda itlər arasında fəxri mer seçilir

28-07-2024, 15:38           
Nyu-Yorkda itlər arasında fəxri mer seçilir
Nyu-Yorkda itlər arasında fəxri mer seçkilərinin birinci turu başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Post” yazır.

İlk turda Pepper adlı it Zaila üzərində 484-ə qarşı 355 səslə qalib gəlib.

Müsabiqənin təşkilatçısı Şərqi Harlem sakini Stiven Kalabriya olub. Onun sözlərinə görə, bu müsabiqə ilə amerikalıları “siyasi dəlilikdən” yayındırmaq və sığınacaqlardan ev heyvanlarını sahibləndirmək istəyənlərin sayını artırmaq istəyir.

“İtlər heç vaxt pulunuzu oğurlamaz. Onlar nə qaz qiymətləri, nə də faiz dərəcələri haqqında heç nə bilmirlər. Onlar sadəcə səni sevmək istəyirlər”, - deyə o bildirib.

Qeyd edək ki, seçkilər iki ildən bir keçirilir. Qalib noyabrın 4-də səsvermə yolu ilə müəyyən olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]