Məşhur bloqer zarafat etdi: "Bircə koronavirusa yoluxsaydım..." - Yoluxdu və... öldü

1-03-2020, 08:13           
Məşhur bloqer zarafat etdi: "Bircə koronavirusa yoluxsaydım..." -
Məşhur hökumətyönlü iranlı bloqer Hamed Cəlali Kaşani, reklam xatirinə koronavirusa yoluxmaq istədiyini söylədi, sonra bu infeksiyaya tutuldu və... öldü.

Virtualaz.org bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, Kaşani 28 fevral gecəsi koronavirusun yaratdığı fəsadlar səbəbindən ölüb. Əlavə məlumat verilmir.

Bundan daha əvvəl, fevralın 21-də isə həmin şəxs Twitter hesabında ona qrip diaqnozu qoyulduğu barədə bir qeyd yayımlayıbmış.

"Mən istəyərdim ki, bu koronavirus və ya ona bənzər bir şey olsun ki, ondan nəsə "qapa" biləydim”, - deyə o vurğulayıbmış.

Kaşani həm də iddia edirmiş ki, İranda xəstələrin sürətlə artması ilə bağlı məlumatları, fevralın 21-də ölkədə keçirilən parlament seçkilərində seçicilərin fəallığını azaltmaq üçün yayırlar.

Son məlumatlara görə, İranda 593 koronavirus infeksiyası halı qeydə alınıb, 43 nəfər ölüb. İnfeksiya İran parlamentinin 5 deputatında da aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]