İtaliyada koronavirusa yoluxanlar və ölənlər sürətlə artır

29-02-2020, 09:47           
İtaliyada koronavirusa yoluxanlar və ölənlər sürətlə artır
İtaliyada həkimlər artıq 821 nəfərin koronavirusa yoluxması hadisəsini qeydə alıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı artıb. Belə ki, İtaliyada 21 xəstə bu virusun qurbanı olub.

Qeyd edək ki, daha əvvəl yerli hakimiyyət orqanları ölkədə 650 nəfərin koronavirusa yoluxduğunu xəbər verib. Bildirilirdi ki, virusa yoluxmuş 17 nəfər dünyasını dəyişib.

İtaliyada koronavirusdan ən çox ölkənin şimal əraziləri zərər çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]