Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu

27-02-2020, 00:00           
Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu
"Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər".

"AzPolitika" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, pensiya hesablarının mövcud oduğu "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur.

Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]