Alimlər: Hər on kişidən biri seksual manyakdır

13-11-2018, 19:06           
Alimlər: Hər on kişidən biri seksual manyakdır
Yer üzündə hər on kişidən biri öz cinsi istəklərinə nəzarət edə bilmir. Hər 12 qadından biri də eyni manyakal cinsi istəyə malikdir.
Amerikalı alimlərin apardıqları tədqiqatlar belə deməyə əsas verir.

Tədqiqatlara əsasən, kişilərin 10,3 faizi seksual istəkləri üzərində nəzarəti itirməyə meyillidir. Qadınlar arasında bu göstərici 7 faiz təşkil edir.

Ekspertlər bu məsələdə sosial-mədəni amillərin əhəmiyyətli olduğunu qeyd edirlər. Məsələn, aşağı gəlirli insanlar seksual zorakılığa daha çox meyilli olurlar.

Bununla belə, təhsil səviyyəsi seksuallığın nəzarətə alınmasına heç bir təsir göstərmir. Psixiatrlar hesab edirlər ki, ali təhsilli insanlar arasında da seksual zorakılığa meyilli fərdlər az deyillər.

Alimlər potensial seksual manyakların sayının artmasını internetdə pornoinformasiyaların asanlıqla yayılması və cəmiyyətdə seksual mövzuların açıq müzakirəsinə tabu qoyulması ilə əlaqələndirirlər.

Araşdırmalarda 18-50 yaşlarında 2325 nəfər iştirak edib. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]