Ledi Qaqa Nyu-Yorkdakı penthausunu 7 milyon dollara satışa çıxardı (FOTO)

Bu gün, 00:10           
Ledi Qaqa Nyu-Yorkdakı penthausunu 7 milyon dollara satışa çıxardı (FOTO)
Dünyaca məşhur müğənni Ledi Qaqa Nyu-Yorkda yerləşən keçmiş mənzilini 6,995 milyon dollara satışa çıxarıb. Müğənni bu mənzildə 2011-ci ildə işıq üzü görən “Born This Way” albomu üzərində çalışdığı dövrdə yaşayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə mənzil “Douglas Elliman” daşınmaz əmlak şirkətinin saytında satış elanına yerləşdirilib.

Hell's Kitchen rayonunda, Qərbi 54-cü küçədə yerləşən binanın son iki mərtəbəsini əhatə edən dupleks penthausun sahəsi təxminən 340 kvadratmetrdir. Bundan əlavə, mənzilə Hudzon çayına mənzərəsi olan 102 kvadratmetrlik şəxsi terras daxildir.

Mənzildə üç yataq otağı, şüşə divarlı kabinet, üç vanna otağı və qonaqlar üçün ayrıca sanitar qovşağı var. Geniş qonaq otağının tavanının hündürlüyü 3,7 metrdir. Burada mərmərdən hazırlanmış kamin də mövcuddur. Penthausun sahibi üçün binada ayrıca parkinq yeri də nəzərdə tutulub.

Binanın maraqlı musiqi keçmişi var. Vaxtilə burada fəaliyyət göstərən məşhur “The Hit Factory” səsyazma studiyası 2005-ci ildə bağlanıb. Studiyada Madonna, Maykl Cekson, Brüs Sprinqstin, “The Rolling Stones” və Con Lennon kimi dünya şöhrətli sənətçilər albom və mahnılarını yazdırıblar.

Daha sonra bina yenidən qurularaq 27 mənzildən ibarət yaşayış kompleksinə çevrilib. Ledi Qaqadan başqa, bu penthausda basketbolçu Karmelo Entoni və komediya aktyoru Treysi Morqan da yaşayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]