Rövşən Rüstəmov Prezidentin Sərəncamına niyə ədalətsiz yanaşır? – Ölkə başçısına ŞİKAYƏT

Bu gün, 17:48           
Rövşən Rüstəmov Prezidentin Sərəncamına niyə ədalətsiz yanaşır? –
Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Mərkəzi küçə, ev 100-də yaşayan kiçik sahibkar Həsənov Vidadi İbrahim oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Əmlak Məslələri Dövlət Xidməti rəisi cənab Mətin Eynullayevə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə Qaradağ–Güzdək dəmir yolu xəttinin bərpası ilə əlaqədar ona məxsus tikiliyə görə kompensasiya məsələsində ayrı-seçkiliyə yol verilməsinin ictimailəşdirilməsi məqsədi ilə şikayət məktubu ünvanlanıb.

Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir:

Hörmətli cənab Prezident!

Sizə müraciət edərək, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mən kiçik sahibkara məxsus tikiliyə münasibətdə kompensasiya məsələsinin həlli zamanı yol verilmiş hesab etdiyim ədalətsiz yanaşmanın araşdırılmasına və hüquqlarımın müdafiəsinə köməklik göstərilməsini xahiş edirəm.

Belə ki, mənim yaşadığım Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən yaşayış evimin yaxınlığından Qaradağ–Güzdək dəmir yolu xətti keçir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 436 nömrəli sərəncamı ilə əlaqədar Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində bir sıra dəmir yolu xətlərinin, o cümlədən Qaradağ–Güzdək dəmir yolu xəttinin bərpası nəzərdə tutulmuşdur.

Həmin layihənin həyata keçirilməsi ilə əlaqədar mənə məxsus, 107- kv kilometr ərazisində yerləşən tikili ilə bağlı kompensasiya məsələsi yaranmışdır. Lakin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin məsul şəxsləri tərəfindən bu məsələyə münasibətdə mənə qarşı tətbiq olunan yanaşmanın eyni ərazidə və ya dəmir yolu xətti boyunca yerləşən digər tikili və obyektlərə münasibətdə tətbiq edilən yanaşmadan fərqləndiyini hesab edirəm.

Belə ki, mənə məxsus tikiliyə paralel yerləşən digər tikili və obyektlərə görə kompensasiya ödənilməsi nəzərdə tutulduğu halda, mənim tikilimə münasibətdə eyni qayda və prinsiplərin tətbiq edilməməsi ciddi narahatlıq doğurur. Eyni layihənin təsir dairəsində yerləşən tikililərə münasibətdə fərqli yanaşmanın hansı hüquqi və faktiki əsaslara söykəndiyi mənə aydın şəkildə izah edilməmişdir. Yəni mənim Konstutusion hüququm pozulmuşdur.

Hesab edirəm ki, dövlət layihələrinin həyata keçirilməsi zamanı vətəndaşların mülkiyyət hüquqlarına hörmətlə yanaşılmalı, kompensasiya məsələləri qanunvericiliyin tələblərinə uyğun, obyektiv, şəffaf və ədalətli meyarlar əsasında həll edilməlidir. Eyni və ya oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşmaya yol verildiyi halda, bunun hüquqi və faktiki əsasları müəyyən edilməli və vətəndaşa müvafiq izahat verilməlidir. Vətəndaşlar arasında ayrıseçkiliyə yol verilməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququ, 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququ, habelə vətəndaşların dövlət orqanlarına müraciət etmək və hüquqlarının müdafiəsini tələb etmək hüquqları baxımından qeyd olunan halların obyektiv araşdırılmasını zəruri hesab edirəm.

Müraciətimin məqsədi dövlət əhəmiyyətli nəqliyyat layihəsinin həyata keçirilməsinə mane olmaq deyil. Məqsədim həmin layihə çərçivəsində mənə məxsus tikiliyə münasibətdə kompensasiya məsələsinin qanuni, əsaslandırılmış və digər oxşar hallara tətbiq edilən meyarlarla uyğun şəkildə həll olunmasına nail olmaqdır.

Xatırladım ki, 2005-ci ildən inşa edib yaşadığım evə bitişik olan bu yardımçı təsərrüfat yerində müharibə qazi və iştirakçıları, əlilliyi olan və imkansız şəxslər işləyib pul qazanırlar.Onu da xatırlatmaq yerinə düşərdi ki, yardımçı təsərrüfatın tikintisi zamanı ADY-nın və yerli İcra aHakimiyyətinin mütəxəssisləri gəlib yerində baxış keçirmiş və tikinti işlərinin aparılmasına müsbət rəy vermişlər. Eləcə də qonşuluqda yaşayan vətəndaşlar da beləcə 20 ildən çoxdur ki, həmin ərazidə yaşamaqdayıq. Məsələn, istər “qış parkı” adlanan, istərdə də “Sovetski” adlanana ərazilərdə yaşayan minlərlə vətəndaşların ev və yardımçı təsəsrrüfatlarının söküntüsü zamanı onların təqdim etməyə mülkiyyət sənədləri olmadığı halda belə onların hamısına təzminat hesablanıb Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ödənilmişdir. Yəni kimsəyə qarşı ayrıseçkilik olmamışdır. Bundan fərqli olaraq A DY mütəxəssisləri əvvəlcə gəlib obyekti ölçüb biçib getdilər təzminat verilməsi üçün. Sonradan isə bildirilər ki, rəhbərlik əlavə tikili və obyektlərə təzminatın ödənilməsinə qarşı çıxmışdır. 20 oktyabr 2026-cı ildə ikinci dəfə bu məsləyə münasibət bildirilməsi üçün ADY rəhbərliyinə yazılı müraciətlər etmişdim.Lakin təəssüflər olsun ki, hər iki müraciətimə rəsmi cavab verilmir. Ona görə hesab edirəm ki, burada ciddi korrupsiya hüquqpozmaları baş verdiyi və verməkdə davam etdiyi üçün məsləni rəsmiləşdirmək istəmirlər. Odur ki, qanunvericiliyin tələbi əsasında mülkiyyət hüququmu qorumaq üçün Sizlərə müraciət etmək zorunda qalmışam. Mülkiyyətimə təzminat verilmədiyi halda onun məhkəmə qərarı olmadan söküntüsünə razılıq verməyəcəyəm.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:

1. Mənə məxsus, Qaradağ–Güzdək dəmir yolu xəttinin 107 kv\ km ərazisində yerləşən yaşayış sahəsinin, 71 kv m tikili ilə bağlı kompensasiya məsələsinin aidiyyəti dövlət orqanları və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına köməklik göstərəsiniz.

2. Mənə məxsus tikiliyə paralel yerləşən digər tikili və obyektlərə münasibətdə kompensasiya məsələsinin hansı meyarlar və hüquqi əsaslar üzrə həll edildiyi araşdırılsın, mənim tikilimə münasibətdə ayrıseçkiliyə, fərqli yanaşmanın səbəblərinə hüquqi qiymət verilsin.

3. Tikilimin hüquqi statusu, yerləşdiyi ərazi, layihənin təsir dairəsinə düşməsi və kompensasiya hüququnun yaranması üçün əhəmiyyətli olan digər hallar müvafiq sənədlər və şahid ifadələri əsasında yoxlanılsın.

4. Araşdırmanın nəticələrinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olduğu təqdirdə, mənə məxsus yaşayış sahəsinin tikilisinə görə kompensasiyanın müəyyən edilməsi meyarları və ödənilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən baxılması təmin edilsin.

Hörmətli cənab Prezident!

Vətəndaşların hüquqlarının qorunmasına, sosial ədalətin təmin olunmasına və dövlət qurumlarının fəaliyyətində qanunçuluq prinsipinə daim göstərdiyiniz diqqəti nəzərə alaraq, müraciətimin nəzarətə götürülməsinə və qaldırdığım məsələnin obyektiv həllinə köməklik göstərilməsinə ümid edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Aktualinfo.net

Məqaləyə dair fotomateriallar:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]