Vasif Talıbovun qardaşı məhkəməyə verildi: keçmiş xanımdan əmlak iddiası

Bu gün, 07:28           
Vasif Talıbovun qardaşı məhkəməyə verildi: keçmiş xanımdan əmlak iddiası
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı ilə arasında boşanma və əmlak mübahisəsi yaranıb.

TEREF yazır ki, Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

İddianın əsas predmetinin Bakı və Naxçıvan şəhərlərində yerləşən mülklərlə və boşanma ilə bağlı olduğu bildirilir.

Məlumata əsasən, iddiaçı həmin əmlaklarla əlaqədar məhkəmə qaydasında hüquqlarının təmin olunmasını və mülklərlə bağlı müvafiq tədbirlərin görülməsini tələb edir.

Beləliklə, uzun illər Naxçıvanda yüksək vəzifədə çalışmış Məhərrəm Talıbovun adı bu dəfə ailədaxili əmlak mübahisəsi ilə gündəmə gəlib.

Unikal.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]