“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi

Bu gün, 17:08           
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. “Nar”ın insan resursları departamentinin mütəxəssisi tərəfindən keçirilən təlim son kurslarda təhsil alan tələbələrin işə qəbul prosesinə hazırlığını gücləndirmək və onların uğurlu karyera başlanğıcı üçün vacib olan praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

Qeyd edək ki, “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti üzrə tərəfdaşlıq etdiyi yerli universitetlərdə tələbələr üçün həm peşə istiqamətlərində, həm də kommunikasiya bacarıqlarının inkişafı yönündə mütəmadi təlimlər həyata keçirir. Bu təlimlərin məqsədi gələcəyin peşəkar kadrlarının hazırlanması və yüksək rəqabətli əmək bazarında azərbaycanlı mütəxəssislərin üstünlüyü təmin etməkdir.

Təlim zamanı tələbələrə tərcümeyi-halın düzgün tərtibatı, işgüzar görüşlərə hazırlıq, müsahibə zamanı yol verilən səhvlər və stresin idarə olunması mövzuları əhatə edilib. İştirakçılara işəgötürənlərin gözləntilərini anlayaraq öz bacarıq və nailiyyətlərini uyğun şəkildə ifadə etmək və müsahibə zamanı yaranan həyəcanı nəzarətdə saxlamaq barədə tövsiyələr verilib.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü KSM layihələri haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]