Uqandada 38 nəfəri öldürüb yeyən şəxs saxlanıldı - Foto

Bu gün, 16:45           
Uqandada 38 nəfəri öldürüb yeyən şəxs saxlanıldı - Foto
Uqandada ölkə tarixinin ən qəddar seriyalı qatillərindən biri və adamyeyən hesab edilən şəxs saxlanılıb.

"Daily Mail" nəşri xəbər verir ki, bu barədə Uqanda Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Muxuzi Kayneruqaba məlumat verib.

Generalın iddiasına görə, saxlanılan Moses Mujurizi 2010-2025-ci illər ərzində Masaka, İbanda və Kazo rayonlarında 38 nəfəri öldürərək onların cəsədlərini yeyib.

"Biz onu açıq məhkəmədə mühakimə edəcəyik və mütləq edam edəcəyik", - deyə general bildirib.

Yerli istintaqçıların məlumatına görə, şübhəli bütöv ailələrə hücum edib. O, evlərin divarlarında deşiklər açaraq içəri daxil olur, daha sonra sakinləri pala ilə öldürürdü. Onun qurbanları arasında pentikostal kilsələrdən birinin keşişi də olub.

Uqanda sakinləri polisə müraciət edərək yaxınlarının məhz bu şəxs tərəfindən öldürüldüyünü bildirdikdən sonra onunla bağlı şübhələr yaranıb. Mətbuatın məlumatına görə, şübhəlini dəfələrlə həbs etməyə çalışsalar da, o, ya qaçıb, ya da səbəbi açıqlanmayan şəraitdə azadlığa buraxılıb.

Hazırda hakimiyyət orqanları itkin düşmüş şəxslərlə bağlı əvvəlki cinayət işlərini araşdırır və hadisələr arasında əlaqənin olub-olmadığını müəyyənləşdirməyə çalışır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]