Elçin Yusubovun daha bir adamından şikayət var: Elxan Musayev sahibkarları incidib? - İLGİNC İDDİALAR
Bu gün, 16:28

İddialara görə, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri icarə haqlarını artırıb, tələbləri qəbul etməyən sahibkarlarla müqavilələrə isə birtərəfli qaydada xitam verilib
Bu barədə "gündem24" səhifəsinə daxil olan məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əmlaklara nəzarət şöbəsinin müdiri Elxan Musayevin fəaliyyəti ilə bağlı sahibkarların narazılığı var.
Məlumatda bildirilir ki, Elxan Musayev Xankəndi şəhərində və Ağdərə rayonunda obyektlərin, mənzillərin və torpaq sahələrinin verilməsinə nəzarət edir. İddialara görə, o, xüsusilə Xankəndidə sahibkarlara icarəyə verilən obyektlərlə bağlı qərarları və icarə haqlarının artırılması ilə narazılığa səbəb olub.
Bildirildiyinə görə, obyektlər üzrə bağlanan icarə müqavilələrində nəzərdə tutulan məbləğlər müəyyən müddət keçdikdən sonra artırılıb və bu, sahibkarları çətin vəziyyətə salıb. Məlumata əsasən, bəzi sahibkarlar hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət ediblər.
Həmçinin iddia edilir ki, Elxan Musayev son bir ildə icarəyə verilən obyektlərin və mənzillərin qiymətlərini iki dəfə artırıb. Onun tələbləri ilə razılaşmayan sahibkarlarla bağlanan müqavilələrə birtərəfli qaydada xitam verildiyi, mübahisələrin isə məhkəmə müstəvisinə keçdiyi bildirilir.
Məlumatda, həmçinin iddia olunur ki, müqavilələr bağlandıqdan bir neçə ay sonra Elxan Musayev tərəfindən artırıldığı deyilən icarə haqlarının əksəriyyəti rəsmiləşdirilməyi
Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun vəzifəsindən azad ediib.
Mətbuatda yayılan və təkzib edilmədiyi qeyd olunan məlumatlarda onun işdən çıxarılmasının səbəblərindən birinin işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı narazılıqlar olduğu iddia edilir. Həmin məlumatlarda Elçin Yusubovun komandasındakı bəzi şəxslərin sahibkarlardan əlavə vəsait aldıqları barədə iddiaların araşdırıldığı da bildirilir.
Qeyd edək ki, Elxan Musayev Elçin Yusubovun yaxın ətrafında yer alan şəxslərdən biri kimi tanınır.
Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin fəaliyyətinə Müşahidə Şurası nəzarət edir. Şuranın sədri vəzifəsini Elçin Yusubov, üzvləri isə Elnur Əliyev, Sarvan Cəfərov, Anar Kərimov və Namiq Hümmətov tuturlar.

