Suraxanıda qanunsuz tikinti qalmaqalı: Sakinlər narazıdır – VİDEO
Bu gün, 17:37
Suraxanı rayonunda insanların istirahət məqsədilə park kimi istifadə etdiyi böyük bir ərazinin zəbt olunması və orada qanunsuz tikinti işlərinin aparılması yerli sakinlər arasında ciddi narazılıq yaradıb.
Bizimesr.info xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkələrdə narazı sakinlər tərəfindən video görüntülər və kəskin etirazlar paylaşılıb.
Sakinlərin bildirdiyinə görə, Əmircan qəsəbəsində insanların asudə vaxt keçirdiyi, gəzişdiyi və dincəldiyi ictimai ərazi bir müddətdir ki, qanunsuz olaraq zəbt edilib. Həmin ərazidə heç bir məlumat lövhəsi qoyulmadan tikinti işlərinə başlanılıb.
Narazı sakinlər baş verənlərlə bağlı artıq Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini desələr də, hələlik qurum tərəfindən heç bir rəsmi reaksiya verilməyib və müraciətləri cavabsız qalıb.
Qeyd olunur ki, bu ərazi hansısa biznesmen tərəfindən alınıb, kafe restoran tikiləcək.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. VİDE burda: