"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar

Bu gün, 15:34           
"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
HBO studiyası “Harri Potter”in valideynləri Ceyms və Lili Potter rollarını canlandıracaq aktyorları müəyyənləşdirib.

TEREF xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

“Harri Potter” əsasında hazırlanan yeni serialda Potterlər obrazlarını “Lənət 4” filmi ilə tanınan Hanna Çinn və “Çimərlikdə qətl” filmində çəkilmiş Casper Talbot canlandıracaqlar.

Bundan əlavə, “Tolkien” filmində rol alan Harri Gilbi Ron Uizlinin qardaşlarından biri olan Çarli obrazını canlandırıb. Bütün aktyorlar serialın artıq ilk mövsümündə ekran qarşısına çıxacaqlar. Premyeranın bu il dekabrın 25-də keçirilməsi planlaşdırılır.

Bundan əvvəl yazıçı Coan Roulinq 2027-ci ildə “Harri Potter” kainatına aid iki yeni kitabın nəşr olunacağını açıqlamışdı. Məlumata görə, yeni əsərlər orijinal kainatın ayrı-ayrı personajları haqqında hekayələr silsiləsini davam etdirəcək./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]