Trampdan süni intellektlə bağlı daha bir qadağa

Bu gün, 16:34           
Trampdan süni intellektlə bağlı daha bir qadağa
ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşdırılır və buna səbəb terminin qeyri-dəqiq hesab edilməsidir.

TEREF xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, AI əvəzinə "superintellekt" (SI - Super Intelligence) istifadə edilməlidir, çünki bu adı artıq demək olar ki, hamı istifadə edir və ya tezliklə istifadə etməyə başlayacaq.

"Tezliklə biz qeyri-dəqiq olduğuna görə bütün müvafiq sənədlərdə və digər materiallarda AI - Artificial Intelligence termininin istifadəsini rəsmən qadağan edəcəyik", - o yazıb./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]