Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

Bu gün, 16:24           
Şəkərsiz şirniyyatların gizli təhlükəsi –
Şəkər əvəzediciləri ilə hazırlanan konfet və şirniyyatların həddindən artıq istehlakı orqanizmdə arzuolunmaz reaksiyalara səbəb ola bilər. Hətta diabet xəstələri üçün uyğun hesab edilən bu məhsullar da çox miqdarda qəbul edildikdə sağlamlıq problemləri yarada bilər.

Bu barədə həkim-dietoloq və nutrisioloq Anna Belousova “Tsarqrad” nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, maltit, aspartam və siklamatlar da daxil olmaqla, istifadəsinə icazə verilən şirinləşdiricilər müəyyən edilmiş dozalar daxilində təhlükəsiz hesab olunur. Lakin bu maddələr əlavə edilən şirniyyatların müntəzəm və çox miqdarda yeyilməsi yan təsirlərə gətirib çıxara bilər.

“Belə şirniyyatları hər gün və ya həftədə bir neçə dəfə çox miqdarda yeyirlərsə, təbii ki, yan təsirlər yaranacaq”, – deyə Belousova xəbərdarlıq edib.

Dietoloq xüsusilə ksilitol və sorbitolun işlədici təsir göstərə biləcəyini vurğulayıb. Buna görə də az miqdarda şokolad yemək, adətən, problem yaratmır. Ancaq bütöv bir şokolad plitəsinin yeyilməsi həzm pozuntularına səbəb ola bilər.

Mütəxəssis şəkər əvəzediciləri ilə hazırlanan şirniyyatların ucuz olmasının mütləq maltitdən istifadə ilə əlaqəli olmadığını da qeyd edib. İstehsalçılar məhsulun maya dəyərini kakao və digər inqrediyentləri daha ucuz alternativlərlə əvəz etməklə azalda bilərlər.

Buna görə də dietoloq alıcılara şirniyyat almamışdan əvvəl məhsulun tərkibini diqqətlə oxumağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]