“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - VİDEO
Bu gün, 00:12
Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.
Bu gün həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.
Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin görüntüləri təqdim edirik:
Jurnalistlər dərhal DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.