Britaniya Ukraynaya 13,2 milyard dollar ayıracaq

Bu gün, 00:11           
Britaniya Ukraynaya 13,2 milyard dollar ayıracaq
Böyük Britaniya Ukraynaya 10 milyard funt-sterlinq (13,2 milyard ABŞ dolları) maliyyə yardımı ayırmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Krallığın Baş naziri Endi Börnhemlə söhbətinin yekunlarına dair sosial şəbəkələrdə bildirib.

"Bu gün Böyük Britaniya 10 milyard funt-sterlinq məbləğində əlavə maliyyə yardımının verilməsi haqqında mühüm qərar qəbul edib: növbəti üç il ərzində iqtisadi dəstək şəklində 7 milyard funt-sterlinq (9,3 milyard dollar) və Britaniyanın ixraca dəstək proqramı çərçivəsində, əsasən həyatların qorunmasını gücləndirməyə imkan verəcək çox zəruri silahların tədarükü üçün əlavə 3 milyard funt-sterlinq (3,9 milyard dollar)", - o yazıb.

Onun sözlərinə görə, bu, Londonun Kiyevə göstərdiyi illik yardıma əlavədir.

Zelenski söhbət zamanı Rusiyaya qarşı sanksiya siyasətinin müzakirə olunduğunu da bildirərək, Böyük Britaniyanın bu məsələdə prinsipial mövqeyə sadiq qalacağına əminliyini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]