Ramiz Mehdiyevin qızı atası ilə bağlı qərara belə REAKSİYA VERDİ: - "...danışmaq istəmirəm"

Bu gün, 00:07           
 Ramiz Mehdiyevin qızı atası ilə bağlı qərara belə REAKSİYA VERDİ: -
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Oktyabrın 28-də isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

TEREF xəbər verir ki, ölkə.az bütün bunlarla bağlı onun qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyevanın mövqeyini öyrənmək istəyib.

Lakin o, sualları cavablandırmaqdan imtina edib.

“Vaxtımız yoxdur, danışmaq da istəmirəm”, - K.Əliyeva bildirib.

R.Mehdiyevin qızı daha sonra telefonu bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]