5 trilyon dollar dəyəri olan şirkətin rəhbəri dönər aldı və çoxlu bəxşiş verdi

Bu gün, 12:04           
5 trilyon dollar dəyəri olan şirkətin rəhbəri dönər aldı və çoxlu bəxşiş verdi
Nvidia şirkətinin rəhbəri milyardlarla dollarlıq investisiyaları müzakirə etmək üçün Berlinə gəldi və beş porsiya dönər-kabab aldı
Amerikanın texnologiya şirkəti Nvidia-nın baş direktoru Censen Huanq Berlinə səfəri zamanı Şöneberq rayonunda yerləşən kiçik Rüyam dönərxanasına baş çəkib. Milyarder tərəvəzli, acı soussuz beş porsiya dönər-kabab və üç porsiya kartof fri sifariş edib. BILD nəşrinə restoran əməkdaşı Vissamın verdiyi məlumata görə, Huanq üçrəqəmli məbləğdə — yəni yüzlərlə avro dəyərində bəxşiş qoyub.
İş adamı restorana həyat yoldaşı və mühafizəçiləri ilə birlikdə gəlib. Rüyam əməkdaşları qonaqla çəkdirdikləri fotoları Instagram-da paylaşıb və Huanqın personal ilə söhbət etdiyini, restoranın sahibi ilə tanış olduğunu və müəssisənin divarına avtoqraf qoyduğunu bildiriblər.
«Bəzi günlər digərlərindən sadəcə fərqlənir. Bu gün bizi xüsusi bir qonaq ziyarət etdi», — deyə dönərxananın kollektivi yazıb.
Huanqın Almaniyaya səfərinin səbəbi kansler Fridrix Mertsin təşkil etdiyi investisiya sammiti olub. Görüşdə Almaniya və beynəlxalq şirkətlərin təxminən 200 rəhbəri iştirak edib. Nvidia rəhbəri Almaniyaya yeni investisiyalar yatırılacağını elan etdikdən sonra şam yeməyi üçün Berlinin dönərxanalarından birinə yollanıb.
Azadlıq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]