Peskov: "Rusiya və Ukraynanın qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabi danışıqlarında müzakirə olunacaq"
Bu gün, 10:24
Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda müzakirə ediləcək. "İnterfax" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, təhlükəsizlik təminatları qarşılıqlı xarakter daşımalıdır. O vurğulayıb ki, bu məsələ münaqişənin hərtərəfli həlli üçün mühüm əhəmiyyət kəsb edir. (Apa.az)