DƏLİ, DƏLİLƏR
Bu gün, 09:14

KDQ boylarının qəhrəmanlarının igidliyini, hünərini bildirən mədəni-kulturoloji bir anlayış: “...Dəli Qondaz sacdan dəpdi... Dəli Budaq soldan dəpdi... (D-63). İmpulsiv ərənliyi səciyyələndirir. Türk epik ənənəsində sadəcə gücün, cəsarətli və qorxmaz olmağın deyil, eləcə də atlıkö çəbə topluluğun anlayışındakı ərdəmliliyin və uyğun olaraq da dastan qəhrəmanlarının mədəni davranışı kodudur. Oğuz igidlərinin, alp ərənlərin adlarında buna görə də tez-tez rast gəlinir: Dəli Tondaz, Dəli Budaq, Dəli Domrul.
Eyni bir ənənənin davamı olduğundan Koroğlunun qoç igidləri də “özözünü qoynadan” igid tipini bildirən həmin “dəli” adı ilə çağırılırdılar (“Hoydu, dəlilərim, hoydu...”)
Osmanlı dövlətinə XV əsrin sonu – XVI əsrin əvvəllərində ilk dəfə Rumelidə təşkil edilmiş olan bir Süvari əsgər bölüyü dəlilər adlanırdı. Şüarları “Yazılanlar gəlir başa” olan bu çox cəsur insanlar ölümlərlə əylənə-əylənə düşmən üzərinə atılaraq onu çaşdırır və qalib gəlirdilər.
Bu igidlik simvolu, cəsarət və qoçaqlıq rəmzinə çevrilən dəli və dəlilik anlayışı Turan – türk tipinin səciyyəsi olaraq nə slavyanlardan, nə də romangermanlardan ötrü axıra qədər anlaşılmırdı.
Cəlal Bəydili

