Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı

Bu gün, 09:58           
Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın Krasnodar şəhərində 18-ci mərtəbədən yıxılan kişinin sağ qalması ilə nəticələnən qeyri-adi hadisə baş verib.

Bu barədə "Krasnodar i kray" "Telegram" kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, kişi binanın girişinin üstündəki talvarın üzərinə düşüb. Ehtimal olunur ki, talvar zərbənin təsirini azaldaraq onun həyatını xilas edib.

Kişi dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti barədə ətraflı məlumat verilmir.

Təsdiqlənməmiş məlumatlara görə, hadisəyə kişinin maliyyə problemləri və yığılıb qalmış borcları səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]