Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı

Bu gün, 17:44           
Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda təxminən 67 milyon il yaşı olan dinozavr skeleti satılıb.

ABC telekanalı xəbər verir ki, söhbət tirannozavr reksin daha kiçik ölçülü qohumu hesab edilən nanotirannusun skeletindən gedir.

Satışa çıxarılan nadir skeletə xüsusi ad verilib. Sümükləri aşkar edən şəxsin şərəfinə qalıqlar "Codi" adlandırılıb. "Sotheby's" beynəlxalq hərrac evində keçirilən satış zamanı skeletə görə 47/3 milyon dollar ödənilib.

Halbuki hərrac təşkilatçıları skeletin 6-9 milyon dollar arasında qiymətə satılacağını gözləyirdilər. Təxminən 12 dəqiqə davam edən hərracın sonunda skeleti əldə edən şəxs kimliyinin gizli saxlanılmasını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]