“Avtoyoltıkıntıservıs” MMC bu qədər borcla... NECƏ TENDER UDUR? - ÖZBAŞINA QALIBLAR...

Bu gün, 17:58           
 “Avtoyoltıkıntıservıs” MMC bu qədər borcla... NECƏ TENDER UDUR? - ÖZBAŞINA QALIBLAR...
Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Avtoyoltıkıntıservıs” MMC (VÖEN – 1904350701) olub.
İcra Hakimiyyəti 2026-cı ildə Ağcabədi şəhərinin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, Zəfər yolu küçəsində və Bayraq meydanında cari təmir işləri işləri üçün “Avtoyoltıkıntıservıs” MMC-yə 238 min 800 manat 26 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 100 manat olan “Avtoyoltıkıntıservıs” MMC 2020-ci ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev, ev 195, m. 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.
Tenderin qalibi olan “Avtoyoltıkıntıservıs” MMC-nin hazırda (29.10.2026) dövlət büdcəsinə 35 min 595 manat 14 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“Avtoyoltıkıntıservıs” MMC oktyabr ayının 6-da tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman vergi borcu son 23 gündə yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]