Vasif Talıbovun qardaşı oğlu Bakıda yeni şirkət yaratdı

Bu gün, 00:10           
Vasif Talıbovun qardaşı oğlu Bakıda yeni şirkət yaratdı
Azərbaycanda “Ecomealz” MMC adlı yeni şirkət yaradılıb.

TEREF Ölkə.az-a istinadla xəbər verir ki, MMC Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abbas Fətullayev ev 64 m 5 ünvanında 10 manat kapitalla dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Samir Talıbovdur.

Samir Talıbovun Dubayda da eyniadlı şirkəti fəaliyyət göstərir və həmin şirkətin işi restoran və kafelərdə gün ərzində satılmayıb qalan təzə təamları “sürpriz paketlər” şəklində endirimlə istehlakçılara təklif etməkdir.

Qeyd edək ki, Samir Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]