Ceyhun Bayramov xanıma qarşı bir jesti ilə diqqət mərkəzinə düşdü – Video

Bu gün, 08:19           
Ceyhun Bayramov xanıma qarşı bir jesti ilə diqqət mərkəzinə düşdü – Video
Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində salınan “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.

TEREF Oxu.Az-a istinadən xəbər verir ki, mərasimdən sonra xatirə fotosu çəkdirilərkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğasının yerə düşdüyünü görüb.

Azərbaycanın xarici işlər naziri nəzakətli jest edərək sırğanı yerdən götürüb və Ziroat Mirziyoyevaya təqdim edib. Onun bu jesti mərasim iştirakçıları tərəfindən xoş qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]