Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR

Bu gün, 09:06           
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin kimliyi məlum olub.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyevadır.

Yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə İnsan hüquqları üzrə müvəkkili seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]