Rekord sayda yüksəkvəzifəli məmur Çin Kommunist Partiyasından kənarlaşdırıldı

Bu gün, 11:18           
Rekord sayda yüksəkvəzifəli məmur Çin Kommunist Partiyasından kənarlaşdırıldı
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin XX çağırış plenumunda 33 keçmiş yüksəkvəzifəli şəxs partiya sıralarından xaric edilib.

"Reuters" agentliyi xəbər verir ki, plenum oktyabrın 26-dan 29-dək keçirilib.

Partiyadan xaric edilənlər arasında keçmiş sənaye naziri Çzin Çjuanlun, Siyasi Büronun keçmiş üzvləri Ma Sinruy və Çjan Yusya, eləcə də sabiq diplomat Lyu Tszyançao da var.

Agentliyin məlumatına görə, 2022-ci ildə keçirilən toplantıda təyin olunmuş 376 nümayəndədən plenumda cəmi 279-u iştirak edib. "Reuters" yazır ki, nümayəndələrin bir hissəsinin iclasda iştirak etməməsi partiya daxilində aparılan "təmizləmələrlə" əlaqəli ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]