Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Bu gün, 11:34           
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə pensiyaçılar da təqaüd aldıqları bankı seçə biləcəklər. Bu yeniliyin banklar arasında müştəri cəlbi uğrunda rəqabəti artıracağı, hesabını başqa banka keçirənlər üçün daha əlverişli təkliflərin yaranmasına şərait yaradacağı gözlənilir.

İqtisadçılar bildirir ki, maaş hesablarının ödənişsiz daşınması bu il tətbiq edilməli idi, lakin proses gecikib. \modern.az\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]