"Mənim nəvəmi döyə-döyə, çırpa-çırpa öldürüb" - VİDEO

Bu gün, 10:34           
"Mənim nəvəmi döyə-döyə, çırpa-çırpa öldürüb" - VİDEO
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir.

"Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb, başından zərbələr alıb. Son iki gündə balam yıxılıb. İlk dəfə yıxılanda, sən demə, travma alıbmış. Dayə mənə dedi ki, elə-belədir, qorxma, heç nə yoxdur. Ona görə də övladımı yenidən dayənin yanına apardım. Sonra işə getdim. Dayə uşağı yenə yıxıb. Həkimlər uşağın ağır kəllə-beyin travması aldığını deyirlər", - deyə azyaşlının anası bildirib.

Mərhumun yaxınları uşağın dayə tərəfindən döyüldüyünü iddia edirlər. Onlar azyaşlının xəsarətlərinin adi yıxılma nəticəsində yaranmadığını bildirirlər:

"Mənim nəvəmi döyə-döyə, çırpa-çırpa öldürüb", - deyə azyaşlının nənəsi bildirib.

Dayənin ailəsi tərəfindən xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının cəsədi dəfn olunmaq üçün ailəsinə təhvil verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]