Vinisius məsələyə ekspertləri də qatdı: Araşdırmaya başladı

Bu gün, 15:34           
Vinisius məsələyə ekspertləri də qatdı:
“Real Madrid”in və Braziliya millisinin cinah hücumçusu Vinisius Junior əvvəlki sürətini niyə itirdiyini ekspertlərlə birlikdə araşdırır.

Globalinfo.Az xəbər verir ki, bu barədə jurnalist Tomas Qonsales-Martin “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Braziliyalı futbolçu driblinq bacarığının zəifləməsinin səbəblərini də müəyyənləşdirməyə çalışır.

Cari mövsümdə bütün turnirlərdə 11 oyunda meydana çıxan Vinisius bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla mövcud müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 130 milyon avrodur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]