Adi qan analizi hansı xəstəliklərin əlamətlərini üzə çıxara bilər?

Bu gün, 15:25           
Adi qan analizi hansı xəstəliklərin əlamətlərini üzə çıxara bilər?
Rusiyalı terapevt və genetik məsləhətçi İrina Nalimova sağlamlıq vəziyyətini qiymətləndirmək üçün ildə bir dəfə ümumi qan analizi verməyi tövsiyə edib. Onun sözlərinə görə, bu müayinə ən informativ analizlərdən biridir.

Oxu.Az ufatime.ru saytına istinadən xəbər verir ki, mütəxəssis ümumi qan analizinin orqanizmdə hansı pozuntuları aşkar etməyə kömək etdiyini izah edib.

Nalimovanın sözlərinə görə, ümumi qan analizi eritrositlərin, leykositlərin və trombositlərin səviyyəsini qiymətləndirməyə imkan verir. Eritrositlər və hemoqlobin oksigenin orqanizmdə daşınmasında iştirak edir. Onların səviyyəsinin azalması anemiyaya işarə edə bilər.

Leykositlərin sayındakı dəyişikliklər bəzi hallarda infeksiya və iltihabla əlaqəli olur. Trombositlərin səviyyəsindəki dəyişikliklər isə qanın laxtalanmasına təsir göstərə bilər.

"Ümumi qan analizi profilaktik sağlamlıq müayinəsinin ən əlçatan və informativ hissələrindən biridir. Nəticələr qısa müddətdə hazır olur və müayinə baha başa gəlmir", - deyə həkim bildirib.

Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, ümumi qan analizinin normal nəticəsi bütün sağlamlıq problemlərinin olmadığını göstərmir. Məsələn, hemoqlobinin səviyyəsi normal olsa belə, orqanizmdə dəmir ehtiyatları azala bilər.

Həkim davamlı yorğunluq, dərinin solğunlaşması, yüngül zərbələrdən sonra göyərmələrin yaranması və ya uzun müddət davam edən cüzi temperatur yüksəlməsi kimi əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etməyi tövsiyə edib.

Əlavə müayinələrə ehtiyac olub-olmadığını həkim müəyyənləşdirir. Belə müayinələrə ferritin və B12 vitamininin səviyyəsinin yoxlanılması, həmçinin qalxanabənzər vəzinin fəaliyyətinin qiymətləndirilməsi daxil ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]