Əvvəlcə ayaqlarından vurdular, sonra xəstəxanada öldürdülər: Türkiyəli dəstə başçısının dəhşətli qətli - Foto

Bu gün, 16:24           
Əvvəlcə ayaqlarından vurdular, sonra xəstəxanada öldürdülər:
Türkiyənin "10 kardeşlər" cinayətkar dəstəsinin başçısı Mekin Büyükdeniz öldürülüb.

"Sabah" qəzeti xəbər verir ki, oktyabrın 16-da Büyükdeniz İspaniyanın Salau şəhərinin mərkəzi meydanında silahlı hücuma məruz qalıb. Naməlum şəxslər ona silahdan 10 dəfə atəş açıblar. Güllələr M.Büyükdenizin ayağına dəyib.

Büyükdeniz yaralı halda şəhər xəstəxanasına yerləşdirilib. O, hadisə ilə bağlı ifadə verməkdən imtina edib.

Ötən gün isə Büyükdenizə xəstəxanada silahlı hücum olub. Maskalı şəxs ona arvadının gözləri önündə üç dəfə atəş açıb. Güllələr onun baş və bədən nayihələrinə dəyib. O, hadisə yerində ölüb.

Cinayətkar qətldən sonra qaçmağa nail olub. İspaniya polisi faktla bağlı araşdırmalara başlanıb.

İlkin ehtimallara görə, hadisə iki cinayətkar dəstə arasında ədavət səbəbindən baş verib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]