“Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər…” – Rəşad Məciddən ETİRAZ
Bu gün, 10:45
Bütün ömrünü Ağdamın təbliğinə həsr edən, Ağdam haqqında ən gözəl bədii əsərlərin, ən təsirli bədii filmin müəllifinə, Ağdamı küçə-küçə, adam-adam öz hekayələrinə köçürüb yaşadan, Ağdam deyəndə dodağı çat-çat olan, adına Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər.
Globalinfo.Az xəbər verir ki, bu sözləri jurnalist Rəşad Məcid deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında bu gün parlamentin plenar iclasında baş tutan mübahisə ilə bağlı yazıb.
Xatırladaq ki, bugünkü çıxışında deputat Aqil Abbas Ağdamda nəyə görə ona və bir sıra digər ziyalılara ev verilməməsi məsələsini qaldırıb
“Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür.
Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyük tikinti gedir. Baxırsan, ürəyin açılır. Mən məcburi köçkün statusunda deyiləm, 1970-ci ildən Bakıda yaşayıram. Amma atamın mülkündə tikilən evdən niyə mənə düşmür?”
Deputatın bu fikirləri spiker Sahibə Qafarova tərəfindən narazılıqla qarşılanıb. Sahibə Qafarova Aqil Abbasın bu sözlərlə görülən işlərə ləkə saldığını bildirib:
“Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar?”