Dövlətə milyonlarla borcu var, amma Mərkəzi Bank... - FOTOFAKT

Bu gün, 11:14           
Dövlətə milyonlarla borcu var, amma Mərkəzi Bank... - FOTOFAKT
Azərbaycan Respublikasının Mərkəzi Bankı İT infrastrukturu və lisenziyaların dəstəklənməsi xidmətləri ilə bağlı keçirdiyi iki iri satınalma müsabiqəsinə yekun vurub.

32gun.az-ın əldə etdiyi məlumata görə, hər iki tender müsabiqəsinin qalibi "SİNAM" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib şirkətlə ümumi dəyəri 390.614 AZN təşkil edən iki müqavilənin bağlanması nəzərdə tutulub:
Mövcud Lenovo kompüter avadanlıqlarının dəstəklənməsi xidmətinin satın alınması — 198.710 AZN

Mövcud Nutanix lisenziyalarının 1 illik dəstəklənməsi xidmətinin satın alınması — 191.904 AZN

32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, Mərkəzi Bankın ümumilikdə 390 min manatdan çox İT xidmətini həvalə etdiyi "SİNAM" MMC-nin dövlət büdcəsinə 5.135.089,64 AZN (5.1 milyon manatdan çox) nəhəng vergi borcu mövcuddur.

Rəsmi registr məlumatlarına əsasən, nizamnamə kapitalı 44.487,92 AZN olan cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 66 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Əbülfət Rəhmanov Salman oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]