Görünür, yaxın aylarda ABŞ-İsrail cütlüyü İrana yeni hücumlar təşkil edəcəklər.

Bu gün, 00:03           
Görünür, yaxın aylarda ABŞ-İsrail cütlüyü İrana yeni hücumlar təşkil edəcəklər.
Çünki ABŞ bölgəyə üçüncü təyyarədaşıyanı, USS Theodore Roosevelt-i və onu müşayiət edən ölümcül döyüş gəmilərini regiona yönəldib.
Və əlavə olaraq, İsrailin təhlükəsizliyini artırmaq üçün Patriot raket kompleksləri gətizdirib.
Bu dəfə quru ordusunun İrana daxil olması da realdır. Çünki 2 amfibiya hücum qrupu da yola çıxıb. Onlardan birinin tərkibində 2 mindən çox dəniz piyadası var.
İranı tam işğal etmək üçün Tramp ordu və müttəfiq toplaya bilmədi. İraq işğalı kimi əməliyyat üçün əvvəlki imkanları və büdcəsi yoxdur. Amma əlində olan qüvvələrlə İranın strateji adalarını və bir neçə limanını ələ keçirib Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər.
Bu son strateji imkanını itirib, uğursuzluğa düçar olan SEPAH diktaturasının sonunun başlanğıcı olar
Məncə, Azərbaycan və Türkiyə arasında son gərginliyin səbəblərindən biri də budur. Türkiyə və Pakistan İranı qorumağa çalışır, dəstək üçün Azərbaycanı da məcbur etməyə çalışırlar. İranın zəifləməsində maraqlı olan Azərbaycan isə “boş verin, öz pisliyində boğulsun” deyir.
Orxan Atabəy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]