Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...  VİDEO

Bu gün, 00:11           
  Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...  VİDEO
Gəncə Şəhər Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, səlahiyyətlərini aşdığı və qulluq mövqeyindən istifadə etdiyi barədə məlumatım və buna dair əsaslar vardır.
 
Əvvəllər də rektorun maliyyə pozuntuları, əsassız pul tələbləri və qadın əməkdaşa qarşı kobud rəftarı barədə müraciət olunmuşdu. 
 
Həmin faktları bir daha xatırladır, yeni halları da diqqətinizə çatdırırıq.
 TEREF yazır ki, bu barədə poçtumuza daxil olan məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:
Qeyd edim ki, rektor Elm və Təhsil Nazirinin yaxın adamı kimi tanınır. Buna görə nazirliyə edilən şikayətlərin ya araşdırılmadığı, ya da araşdırılsa belə, nəticənin rektorun xeyrinə olunur. 
 
Bu səbəbdən müraciəti Dövlət Qurumlarına  ünvanlanır.
 
Rektorun maliyyə pozuntusu ilə bağlı cinayət işi açılmış, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində təsdiqini taparaq işdən azad edilmiş şəxsləri universitetdə vəzifələrə təyin edibdir. Bu şəxslərdən üçü kollec direktordur. Müşavirlərdən biri 2015-ci ildə maliyyə pozuntusuna yol verdiyinə görə Təhsil Nazirliyi kollegiyasının qərarı ilə işdən azad edilib. Digərləri isə işlərindəki ciddi nöqsanlara görə əvvəlki vəzifələrindən azad olunan şəxslərdir.
 
Bakıdan gətirilən və müxtəlif vəzifələrə təyin edilən kadrların da işində nöqsan olduğu, onlara yüksək əmək haqqı ilə təmin olunublar. Görünür ki, universitet qanunlarla deyil, rektorun şəxsi maraqları əsasında idarə olunur.
 
Tələbələrdən əsassız pul tələbləri...
Bu il məzun olan tələbələrdən aşağıdakı məbləğlərdə pul tələb edilibdir.
 
Diplom işi üçün 500, 600 və 800 manat
diplom müdafiəsi üçün 800-1000 manat
təcrübə və karyera (praktika) üçün tələbələrin göndərilməsinə görə 1500-2000 manat əsassız pul yığılıbdır.
 
Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının sədrlərinin və üzvlərinin adına açılmış Kapital Bank (Birbank) kartlarına diplom işi, diplom müdafiəsi, praktika və imtahanlar üçün toplanan pulların köçürüldür.
 
Bu köçürmələrə prorektor Şahmar Həsənovun nəzarət etdiyi və vəsaitlərin onun vasitəsilə rektora çatdırılıbdır. Hər il diplom işi, diplom müdafiəsi, praktika, yaz və yay imtahanları ilə bağlı oxşar tələblərin edildiyi faktlar mövcuddur.
 
Universitetdə təmir-tikinti işləri üçün müəllim kollektivindən əsassız pul tələb olunur. Bununla bağlı WhatsApp səs yazısı sosial şəbəkələrdə yayılıb.
 
Maliyyə Nazirliyinin audit yoxlaması nəticəsində külli miqdarda maliyyə pozuntusu aşkar edilib. Nazirliyin məktubu əsasında Gəncə Şəhər Prokurorluğunda maliyyə pozuntusu və mənimsəmə maddəsi ilə cinayət işi açılıb, ümumi zərər məbləği bir milyon beş yüz min manat göstərilib.
 
 Prokurorluğun dəyən ziyanın ödənilməsini rektorun öhdəliyinə qoyduğu bildirilir. Bundan sonra rektor müəllim kollektivindən 500 manat yığılmasını tələb edib, bunu dekanların, kafedra və şöbə müdirlərinin öhdəliyinə verib. 
 
Bu barədə WhatsApp səs yazısı (Xarici Dillər kafedrasının müdiri Aysel Məmmədlinin səs yazısı) yayılıb.
 
Universitetin Müəllim Həmkarlar İttifaqı büdcəsinə yığılan vəsaitlərin  on ildir mənimsənilir. Müəllimlərə və texniki işçilərə maddi yardım verilmir.
 
Bu vəsaitlərin hər ay rektor tərəfindən mənimsənilir. Tələbə Həmkarlar İttifaqına yığılan pullarla bağlı da oxşar hallar var.
 
Təhsil Nazirliyinin Akkreditasiya Şurasının iclasında universitetin institusional akkreditasiyasının yekun nəticəsi "uyğun deyil" kimi qiymətləndirilib. Professor-dosent heyətinin azlığı, tələbələrin bilik səviyyəsinin aşağı olması və idarəçiliyin tədris planlarına uyğun gəlməməsi bu nəticəni göstərir.
 
Texnologiya Universitetinin Xarici Dillər Kafedrasının müdiri Aysel Məmmədlinin WhatsApp səs yazısı,  Rektorun müəllimlərdən əsassız  pul tələbi...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]