Şabranda sürücülər üçün təhlükəli yol: Çuxurlar 5–6 metrə çatır/VİDEO
Bu gün, 12:14
Şabranda sürücülər üçün təhlükəli yol: Çuxurlar 5–6 metrə çatır/VİDEO Şabran şəhərinin Rəşid Behbudov küçəsində yaranan iri çuxurlar sürücülər üçün təhlükə yaradır. Xüsusilə döngələrdə yerləşən və gecə saatlarında görünməyən çöküntülər qəza riskini artırıb.
Ekologiya.az xəbər verir ki, küçənin asfalt örtüyündə iki böyük çöküntü əmələ gəlib. Məlumata görə, çuxurların dərinliyi 50 santimetrə, uzunluğu isə 5–6 metrə çatır.
Sözügedən yol sahəsinin nə vaxt təmir ediləcəyi barədə suallar isə diqqət doğurur.
Məsələ ilə bağlı Ekologiya.az olaraq Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qeyd edək ki, sorğumuza cavab verildiyi təqdirdə aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq.