İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı

Bu gün, 09:04           
İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı
İran ABŞ ilə münaqişənin nizamlanması və mümkün danışıqların başlanması üçün sanksiyaların ləğvini və regionda Amerika hərbi qüvvələrinin sayının azaldılmasını tələb edir.
Tribuna.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Tehranın şərtlərinə İslamabad memorandumundan sonra tətbiq edilmiş sanksiyaların ləğvi, eləcə də ABŞ hərbi qüvvələrinin regiondakı sayının azaldılması daxildir.

Əraqçi İranın tələbləri sırasında ölkənin dondurulmuş aktivlərinin azad edilməsini və neft sektoruna qarşı sanksiyaların aradan qaldırılmasını da xüsusi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]