Çünki cəmiyyət çox vaxt hiss etməyi deyil, rol oynamağı sevir.

Bu gün, 09:24           
Çünki cəmiyyət çox vaxt hiss etməyi deyil, rol oynamağı sevir.
Uruqvaylı yazıçı, jurnalist Eduardo Galeanoya görə yalnızlığın üç əsas qapısı var. Düşünmək, hiss etmək, şübhə etmək. “Düşünsəniz, əzab çəkərsiniz. Şübhə etsəniz, dəli olarsınız. Hiss etsəniz, tək qalarsınız.”
Bu üçünün içində bəlkə də ən məsum görünən, amma ən dərin tənhalığı doğuran hiss etməkdir. Dərindən hiss etmək insanı çox vaxt anlaşılmamağa məhkum edir. Çünki insanların əksəriyyəti səthdə yaşayır. Nə qədər dərindən hiss etdiyini anlatmağa çalışanda ya həddindən artıq emosional, ya da “çox çətin” insan hesab olunursan. Hiss edən insan daxili səsinə qulaq asdıqca kütlədən uzaqlaşır. Özü ilə baş-başa qalır.
Sevmək, kədərlənmək, ümid etmək...
Bütün bu insani duyğuları dərindən yaşayan insan, müəyyən mənada cəmiyyətdən uzaqlaşır. Çünki cəmiyyət çox vaxt hiss etməyi deyil, rol oynamağı sevir.
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]