“Ukraynalılar bizim xalqdır, ora bizim ərazimizdir” - Kadırov
27-12-2021, 12:31
“Əgər Prezident Vladimir Zelenski Rusiyaya yönəlik siyasətini dəyişməzsə, o zaman Ukraynanı bizim ölkəmizə birləşdrmək lazımdır”.
Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov dekabrın 26-da mətbuat konfransında bəyan edib.
«Ukraynalılar bizim xalqdır, ora bizim ərazimizdir. Bu, mənim fikrimdir» -deyə Kadırov əlavə edib
O bildirib ki, əgər ona tapşırıq versəydilər,Ukrayna məsələsini çoxdan həll edərdi: “Amma dövlət razılaşmaları var və onlar belə qərar qəbul etməyə imkan vermir”.