Yanukoviçin mənimsəyərək ölkədən çıxardığı 1,5 milyard dollar Ukrayna büdcəsinə geri qaytarıldı

5-05-2021, 00:06           
Yanukoviçin mənimsəyərək ölkədən çıxardığı 1,5 milyard dollar Ukrayna büdcəsinə geri qaytarıldı
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və yaxın ətrafının mənimsədiyi pullar Ukrayna büdcəsinə geri qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “golosameriki.com” məlumat yayıb. Ukrayna xarici işlər nazirinin müavini Yeven Yenin 0telekanallardan birinə verdiyi müsahibəsində pulların 87 faizinin nəğd olduğunu deyib. Onun sözlərinə görə, Yanukoviçin “pulları"nın geri qaytarılması Ukraynanın mövcud dövlət borcunun 1,5 milyard dollar azalmasına səbəb olub:
"Ukraynanın hər yerindən, iqtisadiyyatın bütün sahələrindən pul oğurlayıblar. Pulları əvvəlcə Ukraynada yudular, sonra xarici ölkələrə göndərdilər”.
Xatırladaq ki, Viktor Yanukoviç 22 fevral 2014-cü ildə Ukrayna Ali Radası tərəfindən hakimiyyətdən kənarlaşdırılmışdı. Daha sonra sabiq prezidentə qarşı çox sayda cinayət işi açıldı. 4 fevral 2015-ci ildə isə o, Ukrayna prezidenti adından məhrum edildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]