“Əl-Qaidə”nin ikinci adamı öldürülməyib - Məlumat yalan çıxdı

14-11-2020, 23:10           
“Əl-Qaidə”nin ikinci adamı öldürülməyib - Məlumat yalan çıxdı
ABŞ terror hücumu hazırlamaqda ittiham olunan “Əl-Qaidə”nin ikinci adamı Abdullah Əhməd Abdullahın üç ay əvvəl İranda öldürüldüyü haqda informasiyaları təkzib edib.

İran Xarici İşlər Nazirliyi ABŞ mətbuatının xəbərlərini qəbul etməyib.

ABŞ mediası iddia etmişdi ki, Tehranda iki İsrail agenti olan terrorçu öldürüb. Qeyd olunmuşdu ki, Abdullahın qızı Məryəm də hadisə zamanı öldürülüb.

Qeyd edək ki, Məryəm həm də Usame Bin Ladenin oğlu Həmzənin xanımıdır. İran Xarici İşlər Nazirliyi ABŞ mətbuatının məlumatını yalanlayıb.

“Vaşinqton və Tel-Əviv ara sıra mediaya belə səhv məlumatlar sızdıraraq İranı bu şəbəkə ilə bir araya gətirməyə çalışır”, – İran XİN qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]