Rusiyalı mütəxəssis: “Allergiyası olan xəstələrin COVID-19-a yoluxma ehtimalı azdır”

2-07-2021, 10:15           
Rusiyalı mütəxəssis:
“Allergiyası olan xəstələrin COVID-19-a yoluxma ehtimalı azdır, elm adamları bununla bağlı fərqli fərziyyələr irəli sürürlər”.

APA xəbər verir ki, bunu Rusiyanın İmmunologiya İnstitutunun direktoru Musa Xaitov RİA Novosti-yə açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, pandemiyanın başlamasından təxminən bir il yarım keçir, lakin alergiyalı xəstələrin koronavirus infeksiyasına yoluxma ehtimalının az olduğuna dair dəlillər var: “Araşdırmalara görə, allergik bronxial astma xəstələrində koronavirusun ağır gedişatı riskini artıran bir amil olmayıb. Bunun nə ilə əlaqəli olduğunu söyləmək hələ çətindir, müxtəlif fərziyyələr səsləndirilir, lakin bütün hallarda təsdiq tələb olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]